Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmi Tehran: "İran ABŞ ilə danışıqlarda maraqlı deyil"

İran ABŞ ilə danışıqlarda maraqlı deyil, bunun üçün əsaslar olmalıdır.

RİA Novosti xəbər verir ki, bunu Finlandiyada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Biz nüvə proqramına dair razılaşmadan imtina etmirik. Bu ideal bir razılaşma idi, çünki yaxşı bir razılaşmanın əlaməti, onun heç kimi tam qane etməməsindən ibarətdir. Müqavilə o zaman pis olacaq ki, tərəflərdən biri tamamilə razı qalsın", - deyə nazir bildirib.

Onun fikrincə, əvvəlki ABŞ hökumətinin əldə etdiyi razılaşmalara ölkənin yeni hakimiyyəti tərəfindən də əməl olunmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »