Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada bir həftədə istidən yeddi nəfər ölüb

Son bir həftə ərzində Yaponiyada isti hava səbəbindən ən azı yeddi nəfər ölüb, 7 mindən çox insan günvurma ilə xəstəxanaya yerləşdirilib.

APA “TASS”a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Yaponiyanın Baş Yanğın İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, son yeddi gün ərzində Yaponiyada istidən əziyət çəkərək xəstəxanaya müraciət edənlərin sayı 7,338 nəfərə çatıb.

İsti hava şəraiti davam edir. Bir sıra bölgələrdə havanın temperaturu 35 dərəcədən yüksəkdir.

Aidiyyəti hakimiyyət orqanları əhalini gün əleyhinə vasitələrdən papaq geyinməyə, daha çox maye içməyə və uzun müddət günəşdə olmamağa çağırıb.

Qeyd edək ki, keçən il Yaponiyada isti hava şəraitinin rekord həddə yüksəlməsi səbəbindən 150-dən çox insan ölüb, on minlərlə xəstəxanalara yerləşdirilib.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »