Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan nazir müavininin ölümü ilə bağlı başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mədəniyyət və Turizm Nazirinin müavini Ahmet Haluk Dursunla bağlı başsağlığı verib.

“Qafqazinfo”nun məlumatına görə, Ərdoğan təziyə mesajını Tvitter səhifəsində yazıb:

“Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursunun yol qəzası nəticəsində vəfat etdiyini təəssüf hissi ilə öyrəndim. Bir çox sahədə ölkəmizə əvəzsiz xidmətləri olan Haluk Dursuna Allahdan rəhmət, ailəsinə və millətimizə başsağlığı diləyirəm”.

Qeyd edək ki, Haluk Dursun bu gün Vanda yol qəzasında dünyasını dəyişib.

Son xəbərlər
Bütün xəbərlər »