Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada dollar bahalaşır

Son günlər Rusiyada rubl məzənnəyə itirməyə başlayıb. Fevralın 14-dən bəri ABŞ dolları ilk dəfə 67 rubl həddini keçib.

Bizimyol.info xəbər verir ki, Rusiya milli valyutası tarixinin ən çətin dövrlərindən birinə qədəm qoyur. Təkcə dollar yox, avro da qonşu ölkədə müəyyən qədər güclənir.

Moskva Moskva / Foto: Pixabay.com

“BKC Broker” fondunun eksperti “İzvestiya” qəzetinə açıqlamasında deyib ki, rubl zəifləməkdə davam edəcək. “Univer Kapital”ın baş strateqi Dmitri Aleksandrov isə bunda Avropa İttifaqını qınayıb. Onun fikrincə, təşkilatın hələ də Böyük Britaniya ilə münasibətlərini tam aydınlaşdıra bilməməsi rubla pis təsir göstərir.

Rubl

“Onsuz da İtaliya, Yunanılstan borc içində yaşayır. Bunlara başqa ölkələr də qoşulacaq. Avropa İttifaqı bizim tərəfdaşımızdır. Avro “Breksit”ə görə dollar qarşısında güc itirir. Rubl da bunun fonunda zəifləyir”, - Aleksandrov belə düşünür.

Son xəbərlər
Bütün xəbərlər »