Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən xoşbəxt ölkəsi haqda 16 fakt: Burada “Nu, poqodi!” qadağan olunub

Finlandiya dünyanın ən xoşbəxt ölkələri siyahısına başçılıq edir.

Burada vətəni gerçəkdən çox sevirlər, ölkə əhalisinin 99 faizi hər həftə saunaya gedir, marallar küçələrdə rahatca gəzişir. Bizimyol.info dünyanın ən xoşbəxt ölkəsi haqda 16 faktı sizə təqdim edir:

1.Finlər təbiətdə çox vaxt keçirirlər. Ölkə ərazisinin 70 faizi meşələrdən ibarətdir.

2.Finlandiyanı həm də göllər ölkəsi adlandırırlar. Burada içməli su pulsuzdur.

3.Hər uşağa görə valideynə ayda 100 avro verilir. Uşağın 17 yaşına qədər bu müavinət ödənilir.

4.İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni fin yeməklərini pisləyəndən sonra Skandinaviya ölkəsində mükəmməl pitsa hazırlamağa başlayıblar. Finlandiya hətta beynəlxalq pitsa müsabiqəsində İtaliyanı geridə qoymağı bacarmışdı.

5.Finlandiyada məişət tullantılarından təkrar emalda yüksək səviyyədə istifadə edirlər. Tullantıların 99 faizi faydalı ola bilir.

6.Finlər polisə çox güvənir. Hökumət asayiş keşikçilərinin vahid təşkilati formasını yarada bilib.

7.Finlər idmanı çox sevir. Hətta müxtəlif yarış növləri fikirləşirlər. Məsələn, kürəyində arvadını daşımaq, mobil telefonu uzaq məsafəyə tullamaq, ağcaqanad ovlamaq, çəkmə atışı.

8.Fin qadınlar Avropada hamıdan əvvəl səs hüququ qazanıblar. Onlar 1907-ci ildə həm də namizədliyini irəli sürmək haqqı əldə edib. İlk parlament seçkilərində 19 qadın deputat adını qazanmışdı.

9.2010-cu ildə Finlandiya dünyada bütün vətəndaşlarının internet hüququnu tanıyan ilk dövlət oldu. Hökumət provayderlərin qarşısında hər vətəndaşı yüksəksürətli internetlə təmin etmək tələbini ortaya qoyub.

10.Atalar uşaqlarla analardan çox vaxt keçirir. Məzuniyyət 9 həftəyə qədər uzana bilər. Ataya bu müddətdə məvacibinin 70 faizi ödənilir.

11.Finlər kofe istehlakına görə dünyada ikincidir. İldə adambaşına 12 kq düşür. Finlər üçün iş vaxtı kofe fasiləsi – kahvitauko müqəddəs işdir.

12.Hər il Laplandiyadakı Youlupukki kəndinə - Şaxta Babanın vətəninə təşrif buyurmaq olar. Şaxta Babanın hətta pasportu da var. Ad günü yerində “lap çoxdan”, ailə vəziyyəti qrafasında “evlidir” yazılıb.

13.Finlandiyada yüksək səviyyəli təhsil var, özü də pulsuz. Burada oxumaq üçün ingilis və ya fin dillərini mükəmməl bilmək kifayətdir.

14.Bu Skandinaviya ölkəsində hər 100 min nəfərə 53 metall musiqi qrupu düşür. “Hevi-metall” janrı burada çox məşhurdur.

15.Ötən əsrin 80-ci illərində Finlandiyada məşhur “Nu, poqodi” sovet cizgi filmi qadağan olunmuşdu. Hesab edirdilər ki, dovşan canavarla çox qəddar davranır.

16.Fin dilindəki “sisu” sözünü birbaşa tərcümə etmək çətindir. Təxminən “inadkarlıq” deməkdir. Çətinliklərə dözümü ifadə edir. “Kalsakirannit” isə bunun tam əksinir. Bir növ evdə pijamada çaxır içmək.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »