Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Rusiyanın S-300-ünün analoqunu yaratdı

İranda, layihəsi barədə bir neçə il əvvəl məlumat verilən Bavar-373 (Vera-373) zenit-raket kompleksinin yaradılması üzərində işlər başa çatıb.

Virtualaz.org bildirir ki, İRNA agentliyinin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hava hücumundan müdafiə sistemi gələn həftə təqdim ediləcək. Güman ki, onun təqdimatı 22 avqustda qeyd olunan müdafiə sənayesi gününə təsadüf edəcək.

Tehran, xüsusən də Rusiya S-300-lərinin satınalmalarına təsir göstərən beynəlxalq sanksiyalardan asılı olmamaq üçün əvvəlcədən öz hava hücumundan müdafiə sistemlərinin inkişafı qayğısına qalıb. Düzdür, Moskva İslam Respublikasına öz sistemlərini onsuz da tədarük edirdi, amma onlar İranın ehtiyaclarını ödəmək üçün az idi...

İran Müdafiə Nazirliyi bildirir ki, yeni Bavar-373 kompleksi xüsusiyyətlərinə görə Rusiyanın S-300 modelinə bənzəyir və hədəfləri 200 km radiusda, maksimum 27 kilometr yüksəklikdə vurmaq iqtidarındadır.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »