Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda xarici pasport üçün böyük növbələr yaranıb: Azərbaycana da gəlirlər

Türkmənistanda iqtisadi vəziyyətin ağırlaşmasına görə ölkəni tərk etmək istəyənlərin sayı artıb.

Xüsusilə ölkənin şimalında insanların bu istiqamətdə fəallığı hiss olunur. Daşoğuz vilayətində miqrasiya xidməti sənədlərin qəbulunu yubatmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, türkmənlərin üz tutmaq istədiyi ölkələr sırasında Azərbaycan da var. Bundan başqa, Türkiyəyə, Rusiyaya, Gürcüstana və Kiprə gedənlər də çoxdur.

İndi Türkmənistanda xarici pasportlar üçün böyük növbələr var. Ən yaxşı halda sentyabrın sonları üçün sırada yer almaq mümkündür. İnsanlar siyahıya yazılmaq üçün hətta gecələr də növbədə dayanır.

İl əvvəl 45 gün ərzində ümumvətəndaş pasportunu əldə etmək olurdu. Apreldən prosedur çətinləşib. Pasportun əldə edilməsi 4 ayı keçir.

Hətta ölkədən getməyə hazır olmayanlar da pasport almağa çalışır. Çünki Türkmənistanda sosial, iqtisadi vəziyyət az qala günbəgün ağırlaşır. İnsanların sabaha ümidi yoxdur. Hamı hər ehtimala qarşı pasport almağa cəhd göstərir.

Türkmənistanda yaşa görə orta pensiya məbləği 650 türkmən manatını (təxminən 36 dollar) keçmir. Bu pula ölkədə yaşamaq mümkün deyil. Buna görə də hətta təqaüdçülər də getməyə üstünlük verir. Xüsusilə Türkiyəyə yaşlı adamların böyük axını var.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »