Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anası: “Könüllü əsgər getmiş şəhidə niyə “qanpulu” düşmür, mənim balam can deyildi?”

Kürdəmirin Qaraqocalı kəndinin sakini Gülnar Zamanovanın ürəyi illər sonra şəhid olmuş balasına görə bir daha yanıb. Bizimyol.info xəbər verir ki, ana şəhid düşmüş oğluna görə birdəfəlik müavinət ala bilməməkdən çox, “oğlunuz könülllü əsgər gedərək şəhid olub, ona görə sizə birdəfəlik ödəmə düşmür” sözünə yanıb- tökülür.

2019-cu ilin əvvəlndəi prezident İlham Əliyev 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan Fərman imzalayıb. Lakin bu Fərman şəhid Sehran Qəniyevin ailəsinə şamil edilməyib.

“Oğlum Sehran Qəniyev1992-ci ildə Ağdərənin Çaylı kəndində şəhid olub. Ona şəhid adı verilib. İllərdir müavinət də alırıq. Ancaq dövlət başçısının son sərəncamdan sonra bütün şəhid ailələrinə verilən birdəfəlik qanpulu bizə düşmədi. Bizə dedilər ki, sizin övladınız döyüşə könüllü gedib, ona düşmür. Bəyəm vətən üçün könülsüz döyüşmək lazım imiş?Mənim oğlum 15 yaşında vətən yolunda döyüşmək üçün evdən qaçıb gedib. Bir neçə aydan sonra isə döyüşdüyü kənddə mühasirəyə düşərək həlak olub.1992-ciilin iyulunda getdi, müharibənin ən qızğın vaxtında, 41 gün sonra da şəhid oldu.”.

Gülnar Zamanova bu ayrıseçkilikdən giley güzar edir:

Şəhid Sehran Qəniyev anasi

“Şəhidin könülllüsü, könülsüzü olurmu?Mənim övladımın canı can deyildimi? Könüllü döyüşüb, ölüb, demək vətəni üçün daha çox yanıb”.

Müdafiə Nazirliyindən Bizimyol.info-nun soğrusuna cavab olaraq bildirildi ki, şəhid ailələrinə birdəfəlik ödəmələri edilməsi məsələsi hazırda Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyinin nəzarətindədir. Nazirlikdən hələki sorğumuza cavab almamışıq.

Hərbi ekspert Tərlan Eyvazov məsələnin hüquqi tərəfləri barədə danışaraq Bizimyol.info-ya açıqlamasında bunları söylədi:

“Nə o vaxt, nə indi qanunvericilikdə könüllü əsgər deyilən bir anlayış olmayıb.Mən özüm də könüllü getmişdim. Çatan kimi məni ehtiyada olan zabit kimi qeydiyyata aldılar. Qanunvericiliyə əsasən, hərbi komissarlıq hər kəsi qeydiyyata alırdı. Lakin heç bir komissarlıq 15 yaşlı uşağı qeydiyyata ala bilməzdi. Hər bir hissədə belə azyaşlıları köhnə əsgərlər yanlarında saxlayırdılar. Bəli onlar döyüşə də gedirdilər, yaşları çatanda qeydiyyata alınırdılar. Ona görə qanunvericilik baxımından bu anaya həmin müavinə düşmür.Lakin mənəviyyat məsələləri var. Əgər əsgərimiz şəhid kimi tanınıbsa və onun döyüşlərdə iştirakını sübut edən sənədlər, şəxslər varsa bu ailəyə mütləq həmin sərəncam şamil ediləcək Əgər doğrudan da sübut olunsa ona yardım verilə bilər.

Ananın dediyinə görə, bu insan şəhid kimi tanınıb, demək ümid yeri var. Sadəcə yəqin hüquqi cəhətdən bütün sənədləri yerində olan ailələrə verildikdən sonra belə ailələr yada salınacaq. Ola bilsin ki, ailə bir qədər tələsib”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »