Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda 3 məktəbin bütün məzunları tələbə adını qazanıb

Aparılan statistik təhlillər son bir neçə ildə Sumqayıt təhsilinin bütün göstəricilər üzrə dinamik artım tempi nümayiş etdiridiyini, davamlı inkişafa nail olunduğunu deməyə əsas verir.

Metbuat.az xəbər verir ki, Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər. Belə ki, 3 məktəbin bütün şagirdləri ali məktəblərə qəbul olub. Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və “İstedad” liseyinin bütün məzunları tələbə adını qazanıb.

Texniki və Təbiət Elmlər Liseyinin 25 şagirdi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın isə 26 şagirdi 600-dən çox bal toplayıb. 5 təhsil müəssisəsi isə qəbul imtahanlarının birinci mərhələsində 90 faizdən çox nəticə göstərib.

Qəbul imtahanlarının birinci mərhələsində ümumilikdə 151 məzun 600-dən yuxarı toplayıb. Statistik məlumatların təhlili göstərir ki, bu il Qəbul imtahanlarında iştirak edən 10 abituriyentdən 8-i tələbə adını qazanıb.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »