Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcili xəstəxanaya gətirilən uşağı müayinə etmək üçün həkim axtardılar - Video

Kürdəmir rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edən xəstənin valideyni üsyan etdi.

Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasına müraciət edən az yaşlı uşağın valideyni üsyan etdi.

Bizimyol.info xəbər verir ki, valideyn səhhətində problem olan övladını Kürdəmir rayon Xəstəxanasına gətirib. Amma xəstəxanada uşağı müayinə etmək üçün həkim tapmadığını bildirib.

Valideyn məsələ ilə bağlı baş həkimə müraciət etdiyini bildirib: “Baş həkimə zəng etdim. O da mənə “məzuniyyətdəyəm, istirahətimi pozma” dedi. Kürdəmir rayon xəstənasının bu vəziyyətdədir”.

Şikayətçi Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “QAZel” markalı avtomobilinin yararsız vəziyyətdə olduğunu da bildirib: “Xəstəxananın təcili yardım maşının özünün təcili yardıma ehtiyacı var. Həyat üçün təhlükəli olan təcili yardım maşını ilə həyat qurtarmağa gəlirlər”.

Ramid İbrahimov

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »