Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Deputat İqbal Məmmədov oğlunun vergi işçilərini döymədiyini söylədi - Foto
Iqbal Məmmədov - otel

Deputat İqbal Məmmədov oğlunun və sahibi olduğu "Relax" istirahət mərkəzinin altı əməkdaşının saxlanılması ilə bağlı xəbər vermişdik. Bu barədə mətbuata məlumatı iqtisadçı ekspert Qulu İbrahimli verib. Sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkən ekspertin İqbal Məmmədovla bundan öncə hansısa kəskin mübahisəsinin olduğu da aydın görünür.

Qulu İbrahimli paylaşımlarında deputat barədə nçox sərt fikirlər, hətta təhqiramiz ifadələr işlədib.

“Neçə ildir yazıb və deyirdim ki, İqbal Məmmədov kimi şərəfsizin deputat pensiyası almasına imkan vermək lazım deyil. Mandatı da əlindən alınmalıdır mütləq. Mənim balalarımın halal ruzisini sənin zatıxarab ovladına Allah qismət etmədi. Allah göstərdi kim yalan danışır. Sənin haramzada əməllərinin, yalançılığının, inkarçılığının, şər-böhtançılığının, kişi fahişəliyinin cəzasını sənə Allah bu dünyada göstərdi, qiyamətə saxlamadı, ay İqbal Məmmədov! Yeyə bilmədin mənim pulumu!”

“İqbalın var-yoxu...

İqbal, kim kimin var-yoxunu zad elədi? Bax, bütün ölkə faktiki şahid oldu ki, adamın var-yoxunu belə edirlər. Oğlun və bütün var-yoxun Bandotdeldədir! Şəxsən sənin özünə də nə edilib, bilirsən. Məndən bir ay öncə yazdığın növbəti şikayətin də hələ açıq qalıb həmin idarədə. Getməyəcəyəm daha ora. Şikayətini də münasib yerinə soxarsan”.

Məlumata görə dünən “Relax” istirahət mərkəzinin əməkdaşları yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə polis çağırılıb, mərkəzin ərazisində polsə də müqavimət göstərilib və qarşıdurma yaranıb.

Nəticədə deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da olmaqla olmaqla 6 nəfər tutulub.

Deputat İqbal Məmmədov oğlunun mərkəzin altı əməkdaşının saxlanılması ilə bağlı Bizimyol.info saytına verdiyi açıqlamada hadisə barədə barədə danışıb.

Deputat hadisə ilə bağlı saxlanılanların olduğunu desə də müqavimətin polisə və VergiLər Nazirliyinin əməkdaşları ilə deyil, özlərini kobud aparmış turistlərlə baş verdiyini söyləyib.

"Vergi əməkdaşları ilə deyil, turistlərlə bizim işçilər arasında anlaşılmazlıq yaranıb. Hazırda vergi işçiləri yoxlamaları davam etdirirlər".

Paylaş »
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
››› Baş Nazir qərar verdi: Cümə günü saat 14:00-dan məhdudiyyət qüvvəyə minir
››› Maskarad başladı: Bu dəfə başqa formada
Son xəbərlər
Bütün xəbərlər »