Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın Ali Lideri 1070 nəfəri əfv edəcək və cəzasını yüngülləşdirəcək

İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə, ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1070 nəfərin əfv olunması və cəzasının yüngülləşdirilməsinə razılıq verib.

APA-nın Tehran bürsounun məlumatına görə, Məhkəmə Hakimiyyətinin sədri höccətül-islam İbrahim Rəisi İranın Ali Liderinə məktubla müraciət edərək mübarək Qurban və Qədir-Xum bayramları ilə əlaqədar olaraq, Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə cavab verdikləri müəyyən olunmuş 1070 nəfər məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif etmişdi.

Ayətullah Xamenei onun bu təklifini müsbət cavablandırıb.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »