Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yaşamaq istəməyən azyaşlı qız evdən qaçıb polisə sığındı

Səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib.

Oxu.Az xəbər verir ki, uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib.

Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı saytımıza təsdiqləyib.

Onun sözlərinə görə, polis hazırda həmin azyaşlının valideynlərini axtarır:

"9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq evdən qaçdığını deyib. O, iddia edir ki, ailəsi rayondan Bakıya yeni köçüb. Qız Bakıda yaşamaq istəmədiyi üçün evdən qaçıb.

Hazırda polis əməkdaşları onun valideynləri ilə əlaqə yaratmağa çalışır".

Son xəbərlər
Bütün xəbərlər »