Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın baş naziri qadın olacaq - Foto

Yaxın gələcəkdə Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Front News International” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili Baş nazir, Daxili İşlər naziri isə hazırda Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini olan Aleko Tabatadze olacaq .

Maya Tskitişvili Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili

Milli Təhlükəsizlik naziri postu isə hazırda Daxili İşlər naziri olan Georgi Qaxariyaya tapşırılacaq. Dəyişikliklərlə bağlı qərar hakim partiyanın bir neçə saat əvvəl qapalı keçirdiyi iclasda qəbul olunub.

Aleko Tabatadze Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini Aleko Tabatadze

Qeyd edək ki, Mamuka Baxtadze 2018-ci ilin iyunundan Baş nazir vəzifəsini icra edir. O, bu vəzifədə Georgi Kvirikaşvilini əvəz edib. Georgi Qaxariya isə 2017-ci ilin noyabrında Daxili İşlər naziri vəzifəsinə təyin olunub.

Son xəbərlər
Bütün xəbərlər »