Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərimiş buzlağa xatirə lövhəsi qoyulacaq - Foto

İslandiyada iqlim dəyişikliklərinə görə ilk ərimiş "Okyyokyudl" buzlağına xatirə lövhəsi qoyulacaq.

Bu barədə "Report" "Deutsche Welle"yə istinadən xəbər verir.

Bildirilir ki, həmin münasibətlə keçiriləcək təntənəli tədbirdə hökumət rəhbəri Katrin Yakobsdottir və ətraf mühitin mühafizəsi naziri Qudmundur İnqa Qudbrandsson iştirak edəcəklər.

Tədbirdə iştirak edəcək şəxslər arasında həmçinin BMT-nin insan hüquqları üzrə baş komissarı Meri Robinson da var.

"Okyyokyudl" yüz il əvvəl 50 metrə qədər qalınlığa, 15 kv kilometr sahəyə malik olub. İndi onun sahəsi təxminən 1 kv metr, qalınlığı isə cəmi 15 metrdir. Xatirə lövhəsində İslandiya və ingilis dillərində gələcəyə ünvanlanmış məktub dərc edilib. Məktubda deyilir ki, ən yaxın 200 ildə digər buzlaqların da taleləri belə olacaq. Abidə bu vəziyyətlə mübarizə aparmağın lazımlı olduğunu xatırladır.

Son xəbərlər
Bütün xəbərlər »