Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəmkirdə yanan anayla qızı Bakıya gətirilir

Xəbər verdiyimiz kimi, Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində sərxoş ər gecə saatlarında qayınanası yaşayan evi yandırıb.

Hadisə nəticəsində 2 yaşlı uşaq ölüb, 54 yaşlı qayınana və onun 24 yaşlı qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıblar.

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər. Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilirlər.

Ananın bədəninin 50%, qızının isə bədəninin 70% yanması bildirilir. Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəsislər dəvət edilib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götüb.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »