Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hərbçiləri 7 Gürcüstan vətəndaşını saxlayıblar

Ötən gün Gürcüstanda Tsxinvali bölgəsinin inzibati sərhədi yaxınlığında Rusiya hərbçiləri Qori rayonunun yeddi sakinini saxlayıblar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxslər “sərhədi” qanunsuz keçməkdə təqsirləndirilirlər.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən Qori sakinləri təcridxanada saxlanılırlar. Gürcüstan vətəndaşları ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

Gürcüstan vətəndaşlarının saxlanılması ilə bağlı ölkənin Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyətə müraciət edərək, Rusiya hərbçilərinin qanunsuz hərəkətlərinin dayandırılması üçün effektiv tədbirlər həyata keçirməyə çağırıb.

XİN-dən qeyd olunub ki, işğal xəttində tez-tez təkrarlanan təxribat və insidentlər təhlükəzizlik baxımından vəziyyəti gərginləşdirir və münaqişədən zərər çəkən kəndlərdə onsuz da çətin olan humanitar durumu ağırlaşdırır.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
Son xəbərlər
Bütün xəbərlər »