Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxıstanda qadın uşaqlarını iki ay yarımlıq ara ilə dünyaya gətirdi

Qazaxıstanlı 29 yaşlı Liliya Konovalova uşaqlarını iki ay yarımlıq ara ilə dünyaya gətirib.

RİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.

Nazirlik "Facebook" hesabında qeyd edib: "Uralın perinatal mərkəzində unikal hadisə baş verib. Liliyanın qızı 25-ci həftəsində, oğlu isə iki ay, 16 gün sonra dünyaya gəlib".

Bu unikallıq qadının anatomik xüsusiyyətləri ilə izah olunur. Belə ki, Liliyanın iki uşaqlıq orqanı var.

Nazirlik bu vəziyyətdə həkimlərin rolunu xüsusi qeyd edib: "Statistikaya görə, belə hallarda sağlam uşağın dünyaya gəlməsi 50 milyonda birə bərabərdir. Lakin həkimlərin peşəkarlığı sayəsində həm ana, həm də uşaqlar yaxşıdırlar".

25-ci həftəsində dünyaya gəlmiş qızın çəkisi 850 qram, boyu 42 sm-dir. Vaxtında dünyaya gəlmiş oğlanın çəkisi isə 2900 qram, boyu 50 sm-dir. (Oxu.az)

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »