Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp mitinqinə Elton Condan çox adam yığması ilə öyünüb
Donald Tramp

ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkiləri ilə bağlı apardığı kampaniya ilə bağlı müxtəlif ştatlarda görüşlər keçirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri Nyu-Hempşir ştatındakı görüşdən olduqca razı qalıb.

Belə ki, Trampın mitinqinə Böyük Britaniyanın məşhur bəstəkar-müğənnisi Elton Conun konsertindən çox adam gəldiyi məlum olub.

“Əla xəbərdir! Biz öz toplantımızla vaxtilə Elton Conun Nyu-Hempşirin Mançester bölgəsində “SNHU Arena”dakı rekordunu təzələdik”,-deyə ABŞ lideri sevincək yazıb.

Qeyd olunur ki, ABŞ prezidentliyi uğrunda seçkilər 2020-ci ilin noyabrın 3-də keçiriləcək.

Partiya fəallarının ilk yığıncaqları isə gələn ilin fevral ayında Ayova ştatında baş tutacaq.

Demokrat partiyasını qurultayının 2020-ci ilin 13-dən 16 iyula qədər Viskonsin ştatının Miluoki şəhərində keçirilməsi gözlənilir. Respublikaçılaırn qurultayı isə 2020-ci ilin 24-27 avqust aralığında Şimali Karolina ştatının Şarlott şəhərində təşkil olunacaq.

Paylaş »
››› Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb
››› "Eldar Mahmudov azadlığım üçün 50 min dollar istədi"
››› ABŞ “Petriot”ları İran dronları qarşısında aciz qalır
››› “Qalatasaray” dünən həbsdən çıxan futbolçunu transfer etmək fikrinə düşüb
››› “Qalatasaray”ın futbolçusu adını heyətdə görməyincə özündən çıxdı
Son xəbərlər
Bütün xəbərlər »