Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Slovakiyalı jurnalistin qətlində şübhəli bilinən şəxslərə qarşı əlavə ittihamlar irəli sürülüb

Slovakiyada araşdırmaçı jurnalist Yan Kuçiakın qətlində şübhəli bilinən şəxslərə qarşı əlavə ittihamlar irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, ötən ilin fevralında mafioz strukturların dövlət qurumlarına təsirini araşdıran jurnalisti qətlə yetirməkdə şübhəli bilinən üç kişi və bir qadın digər cinayət əməllərində də təqsirli bilinirlər.

Slovakiya Daxili İşlər Nazirliyində yaradılmış xüsusi təhqiqat qrupunun verdiyi açıqlamaya görə, cinayətkar qrup iki prokuroru və bir vəkili də qətlə yetirməyi planlayırmış.

Hazırda həbsdə olan şəxslərin jurnalistin ölümündə sifarişçi, vasitəçi, sürücü və qatil kimi iştirakda şübhəli bilinirlər. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi əks-səda doğuran qətl hadisəsi ilə bağlı məhkəmə işinə hələ start verilməyib. Yan Kuçiakın qətli 2018-ci ilin yazında Baş Nazir Robert Fitsonun rəhbərlik etdiyi hökumətin istefası ilə nəticələnmişdi.

Son xəbərlər
Bütün xəbərlər »