Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədəki böyük fəlakətin 20-ci ili - Video

Bu gün Türkiyədə baş vermiş 17 avqust Mərmərə zəlzələsindən 20 il ötür.

Axar.az xatırladır ki, 1999-cu il avqustun 17-də Mərmərə regionunda 7.5 bal gücündə zəlzələ baş verib. 45 saniyə davam edən zəlzələ nəticəsində Kocaeli, Gölcük, Adabazarı, İstanbul, İzmir və İzmit bölgələrində 17480 nəfər həlak olub, 23781 nəfər yaralanıb, 505 nəfər isə şikəst qalıb. Ümumilikdə 285211 yaşayış məntəqəsinə zərər dəyib.

Tikintisində yol verilən qüsurlara görə çökən binaların sahiblərinə qarşı 2100 məhkəmə iddiası qaldırılıb.

Mərmərə zəlzələsi təsir dairəsinin böyüklüyü və maddi tələfat baxımından son 100 ilin ən böyük zəlzələlərindən biri hesab olunur.

Son xəbərlər
Bütün xəbərlər »