Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunker tətilini yarımçıq qoydu: əməliyyat olunacaq

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avstriyadakı tətilini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb:

"Prezident Yunker səhhətindəki problemlə əlaqədar Avstriyadakı tətilini dayandırmaq məcburiyyətində qalıb. O, öd kisəsində yaranan kəskin ağrı səbəbindən Lüksemburqdakı xəstəxanalardan birində əməliyyat olunacaq”.

Qeyd edək ki, 64 yaşlı Jan-Klod Yunkerin Avropa Komissiyasının rəhbəri vəzifəsi müddəti oktyabrın 31-də başa çatacaq. Onu alman xanım Ursula von der Leyen əvəz edəcək.

Son xəbərlər
Bütün xəbərlər »