Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
1,5 km hündürlükdən düşüb sağ qaldı

Kanadanın şərqində 30 yaşlı qadın paraşütdən tullanarkən təhlükə ilə üzləşib.

"Newsweek"in məlumatına görə, qadının paraşütü açılmayıb. Ehtiyat paraşüt də işləməyib.

1,5 km hündürlükdən meşəyə düşən qadını ağacların budaqlarının arasında tapıblar.

Elə ağaclara ilişməyi də onun həyatını xilas edib.

Hazırda qadın çoxsaylı sınıqlarla xəstəxanadadır.

Yerli hüquq-mühafizə orqanlarının sözlərinə görə, bu, qadının ilk paraşütlə tullanması deyil.

Şahidlərin qadının sağ qalmasını əsl möcüzə adlandırırlar. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »