Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN polis şöbəsində uşağın döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə 12 yaşlı oğlan uşağının 20 dəfə polis tərəfindən saxlanılması və hər dəfə də polislər tərəfindən döyülməsi barədə məlumata münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ dərhal araşdırılıb.

Qeyd olunub ki, həmin statusu özünü hüquq müdafiəçisi adlandıran Taleh Xasməmmədov yazıb.

“Onun “can yandırdığı” azyaşlı Göyçay şəhərində yaşayan 12 yaşlı Elməddin Nuriyevdir. Atası vəfat edəndən sonra anası onu tam nəzarətsiz qoyub. Nəticədə uşaq şəhərin küçələrində avara həyat tərzi keçirib. Elməddin xırda oğurluqlar törətməkdən belə çəkinmir. Həm sakinlərin müraciəti, həm də bu azyaşlının özünün təhlükəsizliyi ilə əlaqədar o, T.Xasməmmədovun dediyi kimi, 20 dəfə deyil, ondan da çox polisə gətirilib. Hər dəfə də onunla tərbiyəvi, profilaktik söhbətlər aparılıb və rayonun Mutu kəndində yaşayan babasına, əmisinə təhvil verilib. O ki qaldı 12 yaşlı uşağın polislər tərəfindən döyülməsinə, Taleh Xasməmmədov tam yalan danışır. Polis azyaşlı kimsəsiz uşağı niyə döyməlidir ki? Əgər ona qarşı polisdə hər hansı bir təzyiq olsaydı, “hüquq müdafiəçisi”ndən əvvəl uşağın babası, əmisi hüquq-mühafizə orqanlarına müraciət edərdilər. Əksinə, o, hər dəfə şöbəyə gətiriləndə ona qayğı göstərilib, onunla tərbiyəvi söhbət edilib. O da bundan sonra həmişəlik babasının yanında qalacağına, oğurluq etməyəcəyinə söz verib. Lakin bir neçə gündən sonra Elməddin yenidən küçələrdə peyda olub. Ona görə də Taleh Xasməmmədova məsləhət görərdim ki, gündəmdə qalmaq üçün şər-böhtandan istifadə etməkdənsə, getsin başqa metod tapsın”, - deyə məlumatda bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »