Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya ilə müharibəyə görə NATO-un ilk qurbanlarının adları açıqlanıb
Rusiya bayrağı

Estoniya, Latviya, Litva və Polşa NATO-ya üzv ölkələri arasında Rusiyanın Hərbi Dəniz Donanmasının (HDD) ilk hədəflərindən ola bilər.

Bu barədə ABŞ hərbi eksperti Tomas-Darell Yanq "Naval War College Review"də yazır.

Mütəxəssi əmindir ki, Baltika dənizində fəaliyyət göstərən bütün hərbi dəniz qüvvələri ciddi fiziki problemlərlə üzləşir. Ekspert dənizin dərinliyinin az olması, burada 2 500-dən çox müxtəlif gəmilərin mövcudluğu, eləcə də, İkinci Dünya Müharibəsindən sonra qalan və indiyə qədər hələ də tapılmayan 40-50 min dəniz minası barədə danışıb. Yanq hesab edir ki, bu cür şərait qayıq əleyhinə tədbirlərin aparılması üçün mürəkkəb hidroakustik mühit yaradır.

Mütəxəssisin fikrincə, hazırda donanma inkişafının ən yaxşı perspektivləri Polşadadır, ən pis - Estoniyada. Yaranmış vəziyyətdən çıxış yolunu isə ekspert NATO-ya üzv olan üç baltikyanı dövlətin hərbi dəniz imkanlarının birləşməsində görür.

Avqustda hərbi ekspert Pavel Luzin bildirmişdi ki, Rusiya sənayesinin cari vəziyyəti və strateji nüvə qüvvələrinin və quru qoşunların prioritetli maliyyələşməsi 2027-ci ilədək ölkənin HDD imkanlarını kəmiyyət və keyfiyyət baxımından artırmağa imkan vermir. (Oxu.az)

Paylaş »
››› Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb
››› "Eldar Mahmudov azadlığım üçün 50 min dollar istədi"
››› ABŞ “Petriot”ları İran dronları qarşısında aciz qalır
››› “Qalatasaray” dünən həbsdən çıxan futbolçunu transfer etmək fikrinə düşüb
››› “Qalatasaray”ın futbolçusu adını heyətdə görməyincə özündən çıxdı
Son xəbərlər
Bütün xəbərlər »