Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın turizm gəlirləri azalır: Səbəb Rusiyadır
turist

Rusiya ilə iyun qalmaqalı Gürcüstan turizminə böyük zərbə vurub. Qonşu ölkənin turizm gəlirləri azalıb.

Bizimyol.info xəbər verir ki, son bir ildə 13,3 faiz azalma qeydə alınıb. Statistika 2016-2018-ci illərdə yalnız artım olunduğunu bildirir. Təkcə 2016-cı ildə Gürcüstan turizmdən 2,1 milyard dollar qazanmışdı.

Avqustun 14-də Gürcüstan parlamentinin keçmiş spikeri və “Demokratik hərəkat”ın lideri Nino Burcanadze hökuməti Rusiya ilə qalmaqala görə zərərin həcmini azaltmaqda ittiham etmişdi.

“Hökumət 60 milyon dollar deyir. Mənim fikrimcə, azı 10 dəfə azaldırlar. Söhbət 700 milyon dollardan gedir”, - Burcanadze belə deyib.

İqtisadiyyat nazirinin müavini Akakiy Saqiraşvili Gürcüstan aeroportlarında sərnişindaşımanın 10 faiz azaldığını etiraf edib. 60 milyon dollar zərər olmasını isə baş nazir Mamuka Baxtadze dilə gətirmişdi.

Paylaş »
››› Daha 5 məntəqənin seçki nəticələri ləğv edilib
››› Ziya Məmmədova ağır itki üz verib
››› Azərbaycana idxal edilən tütün məmulatları ilə bağlı yeni qərar
››› Haftarın ordusu Türkiyə gəmisini vurdu
››› Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi
Son xəbərlər
Bütün xəbərlər »