Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neymar “Barselona”da aşağı maaşla da oynamağa razıdır

Neymar Fransada özünü xoşbəxt hiss etmir. PSJ-nin futbolçusu keçmiş klubu “Barselona”ya qayıtmağı arzulayır.

Bizimyol.info xəbər verir ki, 27 yaşlı braziliyalı illik məvacibinin 38 milyon avrodan 27 milyon avroya salınmasına razıdır. Neymarı dilxor edən odur ki, klublar ortaq məxrəcə gələ bilmir. PSJ “Barselona”nın növbəti təklifini geri çevirib. Kataloniya klubu 100 milyon avro, üstəgəl, Felipe Koutinyonu verməyə hazır olduğunu bildirmişdi.

"Barselona" futbol klubu "Barselona" futbol klubu

Neymar üçün “Real” da mübarizə aparır. Madrid təmsilçisi braziliyalıya ildə 40 milyon avro verməyə hazırdır.

Neymar “Barselona”nı iki il əvvəl tərk etmişdi. Onda PSJ transfer üçün 222 milyon avro xərcləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »