Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Latviyada uşaq bağçalarında rus dili ləğv olunur

Bu yay Latviyanın prezidenti seçilmiş Eqil Levits ölkə əhalisinin yalnız 60 faizinin latışca danışmasını absurd adlandırıb. Ümumiyyətlə, Latviya hökuməti rus dilinə müharibə elan edib.

Bizimyol.info xəbər verir ki, Baltikyanı ölkənin uşaq bağçalarında rus dili ləğv olunur. Keçən il orta məktəblərlə bağlı belə qərar verilmişdi. İndi də uşaq bağçalarının növbəsi çatıb.

Latviya əhalisinin 35 faizi rusdillidir. Buna baxmayaraq, Latviya rus ölkəsini xatırladır. Latış dili əcnəbi dil qiyafəsini çıxara bilmir.

Latış dilinin kölgədə qalmasına Avropa İttifaqına üzvlük də təkan verdi. Çünki latışlar dəstə-dəstə Avropanın daha yaxşı sosial şərtlər vəd edən ölkələrinə üz tutmağa başladılar. Əlbəttə, daha çox fəallar və elita getməyə qərar verdi. Beləcə, rus icması mövqelərini gücləndirdi.

Rusiya mətbuatı Riqada ayrı-ayrı rusmeylli mütəxəssisləri danışdırıb. Onların ümumi fikri belədir ki, latış dili kiçik xalqın dilidir, gələcəyi yoxdur. Bir növ rus dilinin əbədi yaşayacağına eyham vururlar.

Latviya hökuməti isə dil islahatlarını dayandırmaq fikrində deyil. Keçən ilin payızında qanunvericilikdə məktəblərlə bağlı uyğun dəyişiklik edildi. Rus icması nə qədər müqavimət göstərsə də, uşaq bağçaları da islahatlardan qaça bilməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »