Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər
585055-651x369

Sabunçu rayonunda antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Agentliyə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2578-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rasif Əlibəy oğluna məxsus süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə məlumat daxil olub.

Müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Antisanitar şəraitdə fəaliyyət göstərən sexdə “Lerik” əmtəə nişanlı süd və süd məhsullarının istehsal edildiyi aşkar olunub.

Həmin məhsulların etiketində təbii inək südü qeyd olunsa da, məhsulların istehsalında faktiki quru süddən istifadə edilərək istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilib.

Yoxlama zamanı müəssisədə məhsulların istehsalında bitki tərkibli “Sun 23” marqarin yağı və E 235 “Natamisin” (antibiotik) qida əlavəsindən istifadə olunduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı aşkarlanıb.

Aşkarlanan nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb
››› "Eldar Mahmudov azadlığım üçün 50 min dollar istədi"
››› ABŞ “Petriot”ları İran dronları qarşısında aciz qalır
››› “Qalatasaray” dünən həbsdən çıxan futbolçunu transfer etmək fikrinə düşüb
››› “Qalatasaray”ın futbolçusu adını heyətdə görməyincə özündən çıxdı
Son xəbərlər
Bütün xəbərlər »