Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yerdə istilik rekord həddi aşıb
Hava, qızmar

Sakit okeandakı buylar daxil olmaqla, minlərlə yerüstü monitorinq stansiyalarının məlumatına əsasən, 2019-cu ilin iyul ayı bütün müşahidələr tarixi boyu planetin ən isti ayı olub.

Bu barədə "The Washington Post" yazır.

İqlimin monitorinqi və tədqiqatı ilə məşğul olan "Berkeley Earth" təşkilatı bildirir ki, iyul ayı 2016-cı ilin avqustundakı rekordu 0,08 dərəcə keçərək yeniləyib.

"Copernicus" iqlim dəyişikliyi üzrə xidmətin məlumatına görə, iyul bütün digər aylardan daha isti keçib, hərçənd öncəki rekordu çox da aşmayıb. Okean və atmosfer tədqiqatlarının milli idarəsinin (NOAA) bildirdiyinə görə, planetin səthinin orta qlobal temperaturu bütün XX əsr ərzindəki orta temperaturdan 1,71 dərəcədə yüksək olub.

Mütəxəssislər qeyd edirlər ki, Sakit okeanın tropik hissəsində artıq El-Ninyo - suyun üst qatının temperaturunun dəyişməsi müşahidə olunmur. 2016-cı ildə bu dəyişikliklər rekord temperatur səbəblərindən biri olmuşdu. Başqa sözlə, 2019-cu ilin istiləri təbii proseslərlə yox, demək olar ki, tamamilə qlobal istiləşmə ilə bağlıdır. (Oxu.az)

Paylaş »
››› Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Bloqçu Xocalı soyqırımı günündə gecə klubunda reyd keçirdi, qalmaqal yaşandı - Foto
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
Son xəbərlər
Bütün xəbərlər »