Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arıncdan Davudoğlu və Babacana ibrətamiz sözlər

AKP-dən ayrılıb başqa partiya yaratmaq istəyənlərə atdığı addımın yanlış olduğunu hər zaman söyləməyə çalışıram.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq spikeri Bülənt Arınc Əhməd Davudoğlu və Əli Babacanın yeni partiya yaradacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

“AKP-də böyük xidmətləri olan birisi ilə eyni hökumətdə çalışmışam. Digəri isə baş nazirim olub. Çox dəyərli şəxslərdir. İstərdim ki, ayrılmasınlar. Başqa partiya qurmasınlar. Onlar AKP-nin uğurlarında hissə sahibi olan insanlardır. Bundan sonra da AKP-yə xidmət etməyə davam etsinlər.

Bu günə kimi heç bir zaman qarşı-qarşıya gəlmədik. Ümid edirəm ki, bundan sonra da belə olacaq”, - deyə Arınc bildirib.

Son xəbərlər
Bütün xəbərlər »