Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbib Nurməhəmmədov Konorun həbs edilməsini istədi

Rusiya idmançısı Həbib Nurməhəmmədov İrlandiyada yerləşən barların birində yaşlı kişiyə yumruq zərbəsi endirən İrlandiyalı idmançı Konor Makqreqorla bağlı fikirlərini bildirib.

"Bizimyol.info"nun xarici KİV-ə istinadən məlumatına görə, Həbib Konorun həbs edilməsini istəyib: "Belə insanların yeri həbsxanadır. Konorun heçbir prinsipi yoxdur. O başqalarına hörmət etmir. Bu bir idmançı üçün çox pis cəhətdir. Son hərəkətiylə Konor mənim "gözümdən düşdü". Yaşlı insanı necə vurmaq olar?! Onun növbəti qurbanı kim olacaq?"- Həbib bildirib.

Qeyd edilir ki, Dublin prokurorluğu hadisəylə bağlı istintaq işi açacağını bildirib. Konorun cərimə olunması gözlənilir.

Xatırladaq ki, Makqreqor Dublində barların birinə girərək, hamiya "viski qonaqlığı" vermək qerarına gəlib. Yaşlı müştərilərdən birinin viskini içmək istəmədiyini görən Konor qəzəblənərək ona yumruq zərbəsi endirib.

Adelya

Son xəbərlər
Bütün xəbərlər »