Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ ərazisini böyütmək istəyir: Yeni torpaq almaq planı var

ABŞ prezidenti Donald Tramp ölkə ərazisini genişləndirməyi planlaşdırır. O, Qrenlandiyanı almaq istəyir.

Bizimyol.info xəbər verir ki, ABŞ ada üçün Danimarkaya pul təklif edəcək. Tramp məsələni məsləhətçiləri ilə müzakirə edib. Eyni zamanda, prezident layihənin hüquqi ekspertizası üçün lazımi tapşırıqları verib.

“The Wall Street Journal”ın yazdığına görə, Ağ Evdə Trampın ideyasını dəstəkləyənlər az deyil. Amma böyük əksəriyyətin fikrincə, dövlət başçısının tezliklə Qrenlandiyaya marağı öləcək.

Hələlik Danimarka ehtimal olunan təklif barədə açıqlama verməyib.

ABŞ Qrenlandiyanı çoxdan almaq istəyir. Hələ İkinci Dünya Müharibəsi dövründə prezident Harri Trumen 100 milyon dollar təklif etmişdi. Bundan xeyli əvvəl – 1867-ci ildə isə ABŞ Dövlət Departamentində adanı almaq perspektivi müzakirə olunmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »