Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özbəkistan hökuməti “Facebook”a qarşı çıxır

“Facebook”a marağın artması Özbəkistan hökumətini narahat edir. Məmurlar sosial şəbəkənin əleyhinə açıqlamalar verir.

Bizimyol.info xəbər verir ki, Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Komil Allamjonov “Facebook”u küçəyə bənzədib. Məmur blogerlərə və redaktorlara xəbərdarlıq edib ki, sosial şəbəkədə hər şeyi yazmaq olmaz.

“Səhifələr evinizdir, istifadəçilər isə qonşularınız. Hər kəs evini təmiz saxlamalıdır. Hər bir adam vurduğu ləkəyə görə məsuliyyət daşıyır”, - agentlik rəhbəri belə deyib.

Allamjonov qanunvericiliyin zorakılıq, müharibə təbliğatı, terrorizm və dini ekstremizmi yaymağı qadağan etdiyini söyləyib. Onun fikrincə, blogerlər və redaktorlar bu qəbildən fikirlər yazanların rəylərini silməlidir: “Qoy insanlar mədəni normaları gözləyərək rəy yazsınlar. Buradakı “zibilləri” təmizləmək lazımdır”.

Son xəbərlər
Bütün xəbərlər »