Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəşər Əsədin əsl soyadı açıqlandı

Suriya prezidenti Bəşər Əsədin müxalif əmisi oğlu Firas Əsəd soyadları ilə bağlı maraqlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, Firas Əsəd babası Əli Əsədin soyadlarını “canavar” mənası verən Vahştdan “şir” mənasını ifadə edən “Əsəd”ə dəyişdiyini deyib. Firas bu barədə məlumatı sosial şəbəkədə paylaşıb. O, “hamı sürətlə paylaşsın və qeyd eləsin. Şikayətlər səbəbindən postum silinə bilər” deyə xəbərdarlıq da edib.

Xatırladaq ki, Firas Əsəd daha əvvəl Bəşər Əsədin azı 500 mülki vətəndaşı və ələvi məzhəbindən olan 100 mindən çox suriyalını öldürdüyünü bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »