Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Angela Merkel Boris Consonla görüşməyi planlaşdırır

Almaniya kansleri Angela Merkel yaxın zamanda Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşməyi planlaşdırır.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.

“Belə görüş planlaşdırılıb və bunun mənası var”, - deyə Ş. Zaybert qeyd edib.

O, həmçinin bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ətrafında yaranan vəziyyəti müzakirə etmək zəruridir.

Son xəbərlər
Bütün xəbərlər »