Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maksim Dadaşevin həyat yoldaşı onun son saniyələrindən danışdı

Subriel Matiasla döyüş sonrası ağır zədələrdən dünyasını dəyişən Rusiyalı boksçu Maksim Dadaşevin həyat yoldaşı onun xəstəxanada keçirdiyi son saniyələrindən danışıb.

"Bizimyol.info"nun məlumatına görə, Yelizaveta həyat yoldaşının öldüyü günü "həyatının ən dəhşətli günü" adlandırıb. Yelizavetanın sözlərinə görə, Maksim onun gözləri qarşısında dünyasını dəyişib. -"Mən möcüzənin baş verəcəyinə inanırdım.

Maksimin şikəst qalmağına belə razı idim. Onun təkcə sağ qalması üçün dua edirdim. Lakin, həkimlər mənə heç bir şansın olmadığını dedi. Dünyam dağıldı. Heçvaxt belə kabus görməmişdim. Ən sevdiyim insan əməliyyat otağında bədənindən 15-ə yaxın tellər və borular asılaraq uzanıb. Bu borulara baxanda qan təyziqinin aşağı düşdüyünü gördüm.

Həkim mənə "O indi öləcək" dedi. Mənim üçün Maksimin yanında stul qoyub əyləşməyimi istədilər. Və mən onun son nəfəsini gördüm. Bu mənim həyatımın ən dəhşətli günü idi".-Yelizaveta bildirib.

Qeyd edək ki, 28 yaşlı Dadaşev 19 iyul tarixində Puerto-Rikolu idmançı Subriel Matiasla qarşılaşmadan sonra huşunu itirərək xəstəxanaya çatdırılıb. Ağır zədələr nəticəsində beyninə su yığılan idmançı təcili əməliyyat olunsa da, onu xilas etmək mümkün olmayıb.

Adelya

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »