Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Heyvan sümüklərindən özünə biznes qurdu, sifarişlər içində itib-batır
Türkiyənin Bitlis şəhəri yaxınlığında yerləşən Ahlat qəsəbə sakini, keçmiş əsa ustası Rəfa Gökbulak sümükdən daraq istehsal etməyə başlayan gündən həyatında çox şey dəyişdi. Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, özünə maraqlı və nadir peşə seçmiş ustaya hətta xarici ölkələrdən də sifarişlər gəlir.

O camış, inək,qoç buynzundan hazırladığı sümük daraqların şəfalı olduğunu iddia edən usta bildiri ki, taxta və plastik daraqlardan fərqli olaraq sümük daraqlar mikrobları məhv edir, saç köklərinə və baş dərisinə müsbt təsir göstərir.

Usta daraq hazırlamaq üçün camış, inək və qoç buynuzlarını 5-8 il qurudur, hazırlanma prosesi isə daha çətin başa gəlir. Tamamilə əl işi olan bu daraqların birinin hazırlanmasına usta iki gün zaman sərf edir.

“Bu qədim el sənətimizdir. Keçmişdə nənələrimizin istifadə etdiyi modellərdəki saç daraqlarından da hazırlayırıq. Bir zamanların vazkeçilməzi olan sümük daraqları zaman içərisində plastiklər əvəz etdi. İçərisində nə qədər mikrob saxladığını bilənlər işimi dəyərləndirir , hər kəs özünəxas daraqlar sifarişlər verir. Xarici ölkələrdən də sifarişlər alırıq. Artıq 10 ildir bu işlə məşğulam”,- deyə daraq ustası bildirir.

İlhamə

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »