Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş icra başçısının cinayət işi məhkəyə göndərilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarovun barəsində cinayət işi qaldırılıb və artıq iş üzrə istintaq tamamlanıb, materiallar baxılmaq üçün məhkəməyə göndərilib.

Virtualaz.org xəbər verir ki, Yediyarovun işinə Gədəbəy Rayon Məhkəməsində hakim Marif Kazımov baxacaq, iş üzrə hazırlıq iclası avqustun 18-nə təyin edilib.

R.Yediyarov Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham edilir. Bu iş üzrə zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Yediyarov 1966-cı ildə Ermənistanın Vedi rayonunda anadan olub, uzun illər vergi orqanlarında işləyib. 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini tutub. 2012-ci ildə Gədəbəyə icra hakimiyyətinin başçısı təyin edilib və 2018-ci ilə qədər bu vəzifədə işləyib. İcra başçısı olduğu dövrdə onun barəsində sahibkarlar tərəfindən çoxsaylı şikayətlər edilirdi, Yediyarov sahibkarların obyektlərini sökdürməkdə, yaxud qapılarını hördürməkdə günahlandırılırdı.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »