Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qazaxın Daş Salahlı kəndində əhali içməyə su tapmır – Məşəqqətli vəziyyət

Qazax rayon Daş Salahlı kəndində əhali içməli su tapmır. Bu barədə Bizimyol.info saytına kənd camaatının göndərdiyi şikayət məktubunda məlumat verilir.

Şikayətçilərin sözlərinə görə, az qala 20 minə yaxın əhalisi olan böyük bir kənddə cəmi 2-3 bulaq var ki, onlar da fasilələrlə gəlir və əhalinin suya olan tələbatını ödəyə bilmir:

Qazaxda su problemi1

“Təsəvvür edirsinizmi ki, insanlar bir- birindən su dilənir. Kimin avtomobili var gedib, “Qara bulaq” deyilən bulaqdan növbələrə düzülüb bir- iki səhəng su gətirə bilir. Maşını, imkanı olmayanlar isə dilənçi, rəzil vəziyyətə düşür. Hətta “Qara bulaq”dan su gətirənlər də orada saatlarla növbə gözləməli olurlar. Həmin adamlar bu suyu yalnız içmək və xörək hazırlamaq üçün gətirirlər. Onlardan su istəyəndə vermirlər. Camaat elə acınacaqlı, dözülməz və məşəqqətli vəziyyətlə üzləşib ki, bir- birinə Allahın suyunu da qıymır. Kəndin icra nümayəndəsi isə susur, suallardan qaçır. Heç bir səbəb açıqlamır. Nə içməyə, nə də yuyunmağa su tapılır. Bu qızmar yay aylarında əhali su üzünə həsrət qalıb. Sözün əsl mənasında camaat susuzluqdan qırılır”.

İlhamə Rəsulova

Paylaş »
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - Video
Son xəbərlər
Bütün xəbərlər »