Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da universitet yaxınlığında atışma olub, 2 nəfər ölüb

Ötən gecə Alabama ştatının Montqomeri şəhərində, Alabama Dövlət Universiteti yaxınlığında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

“Report” “New York Post”a istinadən xəbər verir ki, universitetin rəhbəri Kuinton Ross hadisənin işgüzar kampusda baş verdiyini bildirib.

Səhər tezdən hadisə yerinə gələn polis ölümcül yaralanan bir şəxslə rastlaşıb. Başqa birisi xəstəxanaya çatdırılandan sonra keçinib.

Polisdən verilən məlumata görə, daha 2 nəfər ciddi, 1 nəfər isə yüngül xəsarət alıb.

Universitet rəhbərliyinin nümayəndələri şəhər polisi ilə birgə hadisəyə dair araşdırma aparır.

Son xəbərlər
Bütün xəbərlər »