Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məişət zorakılığının artması bütün cəmiyyət üçün təhlükədır

Məişət zorakılığı halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.

Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılmasına baxmayaraq, məişət zorakılığına qarşı mübarizə dünyanın hər yerində olduğu kimi bizim ölkədə də mürəkkəb bir problemdir. Çünki əksər hallarda zorakılıq halları ətraf mühitdən gizlədilir, nəticədə ailələr dağılır, insanlar sağlamlıqlarını itirirlər, hətta fərdin özünü cəzalandırması – intihara, özünü öldürmə dərəcəsinə çatdırma hərəkətlərini yaradır.

Ölkəmizdə ailə mühitinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Çünki əksər hallarda vətəndaşlar dövlətin məişət zorakılığına qarşı mübarizə məqsədi ilə həyata keçirdiyi planlardan, müvafiq qаnunlаr, proqramlar və təşəbbüslərdən, bu sahədə əldə olunan uğurlardan, məişət zorakılığından zərər çəkmişlərə dövlət qayğısından xəbərsiz olurlar. Ölkəmizdə ailə mühitinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Cəmiyyətdə bu sahədə yaranmış informasiya azlığını və ictimaiyyətin fikirlərini ifadə etmək istəklərini nəzərə alaraq, “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məişət zorakılığı ilə mübarizədə ictimai iştirakçılıq” adlı layihəni həyata keçirir.

Layihə çərçivəsində məişət zorakılığı ilə bağlı problemləri ictimaiyyətin özündən öyrənmək, təşəbbüslərini müvafiq dövlət orqanlarına, cəmiyyətə çatdırmaq məqsədilə ictimai müzakirələr keçirmək və zərərçəkmişlərə hüquqi yardım göstərmək nəzərdə tutub.

Layihənin rəhbəri Xanım Əhmədzadə görüləcək işlər barədə məlumat verərək bildirmişdir ki, ictimai müzakirələr zamanı vətəndaşlar ailədaxili münasibətlər və problemlərin hüquqi həlli, məişət zorakılığından müdafiə formaları haqqında geniş fikir mübadiləsi edə biləcəklər və zəruri məlumatlar alacaqlar.

Cəmiyyətin aktual probleminə çevrilən məişət zorakılığı insanlığa qarşı qəddarlıq olduğundan, zorakılıq halları ilə bağlı cinayətlərin sayında sürətli artım müşahidə edildiyindən, xüsusən də zorakılıq səbəbindən ölüm halları çoxaldığından bu mübarizədə hər bir vətəndaşın iştirakına sosial ehtiyac və tələb vardır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »