Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Fransa klubunun prezidenti “Qarabağ”ın oyunçusu üçün Azərbaycana gəlib

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan karyerasını başa vura bilər.

Fransa mətbuatının məlumatına görə, 28 yaşlı oyunçunun yenidən bu ölkəyə qayıtmaq şansı yaranıb.

A.Zubirə ötən mövsüm Liqa1-i tərk edən “Genqam” “elçi” düşüb. Vinger axtarışında olan komanda qısa müddətdə Mərakeş əsilli futbolçunu heyətində görmək arzusundadır. Bu məqsədlə “Genqam”ın prezidenti Bertrand Desplat və menecer Stefan Kornonun hazırda Bakıda olduğu da bildirilir. Onlar “Qarabağ”la danışıqları yekunlaşdırıb, transferi tezliklə həll etməkdə maraqlıdırlar.

Qeyd edək ki, A.Zubir “Qarabağ”a Fransanın “Lans” klubundan gəlib. Ötən ilin yayında Ağdam təmsilçisinə qoşulan futbolçu 2020-ci ilin yayınadək Azərbaycan klubuna məxsusdur.(apa)

Paylaş »
››› Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb
››› Boşanma mərhələsində olan Fuad Qəhrəmanlı və Zümrüd Yağmurdan açıqlama
››› Livanın müdafiə naziri Azərbaycana qarşı Ermənistana kömək təklif edib
››› Arvadına 18 bıçaq vurdu, ürəyi soyumadı, başını kəsdi
››› İran total müharibə anonsu verdi
Son xəbərlər
Bütün xəbərlər »