Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “Biz tezliklə böyük bir qələbə qazanacağıq"

ABŞ Prezidenti Donald Tramp, "saxta xəbərlərdən" istifadə edən medianın ABŞ iqtisadiyyatına xələl gətirməyə çalışdığını söyləyib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tramp şəxsi Twitter səhifəsində yazıb.

"Saxta xəbər mediası, ölkə iqtisadiyyatının “çökməsi” üçün əlindən gələni edir. “Saxta media” yaxşı bilir ki, yenidən prezident seçiləcəyim halda onlar üçün pis olacaq”, - deyən prezident əlavə edib ki, ABŞ iqtisadiyyatı çox güclüdür və biz tezliklə böyük bir qələbə qazanacağıq, Çin də daxil olmaqla, hər kəs bunu bilir!".

Tramp ABŞ iqtisadiyyatının hələ də güclü olduğunu və yeni investisiya axınının davam etdiyini də bildirib. Eyni zamanda, o, ABŞ-ın Mərkəzi bankına da diqqət çəkərək, uçot dərəcəsini endirdiyinə görə Federal Ehtiyat Fondunu sərt tənqid edib.

Son xəbərlər
Bütün xəbərlər »