Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi” Avropa Liqasında çıxışını başa vurdu

EFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, görüş komandamızın məğlubiyyəti ilə yekunlaşıb.

Bakı vaxtı ilə saat 21:00-da start götürmüş oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Dor Jan və Tambi komandasının qollarına imza atıblar.

Oyuna əlavə olunmuş dəqiqələrdə Emin Mahmudovun penaltidən vurduğu qol da komandamıza kömək etməyib.

Bakıdakı görüş 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün bu nəticə təmsilçimizin Avropa Liqasında mübarizəsini başa vurmasına səbəb olub.

Son xəbərlər
Bütün xəbərlər »