Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda məktəbli formasını kreditə verirlər

Türkmənistanda iqtisadi, sosial vəziyyət getdikcə ağırlaşır. Əhalinin həyat səviyyəsi o qədər aşağı düşüb ki, hətta məktəbli forması kreditə verilir.

Bizimyol.info xəbər verir ki, paytaxt Aşqabadda avqustun əvvəlindən xüsusi yarmarkalar təşkil olunur. Mağaza rəhbərləri bu yarmarkalarda fəallıq göstərməyə məcbur edilir. Onlar məktəbli formalarını kreditə verməyə vadar olunur. Hərçənd, onların özünün də başqa çıxış yolu yoxdur. Əhalinin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb.

Yaşayış binalarının girişlərində kreditlə bağlı elanlar peyda olub. Burada şərtlər aydın yazılıb. Kredit üç aylıq verilir. Bunun üçün iş yerindən arayış təqdim etmək kifayətdir. Kreditin məbləği heç bir halda aylıq məvacibi keçməməlidir.

Əvvəlki illərdə belə aksiyalar olmurdu.

Son xəbərlər
Bütün xəbərlər »