Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 yaşlı uşaq 4874 “jim” etdi, yeni rekord qeydə alındı

Çeçenistanda 10 yaşlı uşaq öz yaş kateqoriyasında yeni rekordun müəllifi olub. Arbi Yakubov 4874 dəfə “jim” etməyi bacarıb.

Bizimyol.info xəbər verir ki, Ginnesin rekordlar kitabının Rusiya üzrə nümayəndəsi Stanislav Konenko rekordu qeydə alıb. Onun dediyinə görə, bu yaş kateqoriyasında belə nəticə inanılmaz sayılır.

Arbinin döşəmədə çəkinməsi üçün xüsusi mərasim təşkil olunub. Burada Çeçenistanın müxtəlif vəzifəli adamları da iştirak edib. Uşaq dünya rekordunu Çeçenistan lideri Ramzan Kadırovun atası Əhməd Kadırova həsr etdiyini bildirib.

Rekordçunun atası jurnalistlərə deyib ki, oğlu 5 yaşından idmanla məşğul olur və daha yüksək nəticələr əldə edəcək.

İyulun ortalarında başqa bir çeçen uşaq – Rəhim Kuriyev öz yaş kateqoriyasında rekord müəllifi olmuşdu. 6 yaşlı uşaq 4818 dəfə çəkinməyi bacarmışdı.

Alternativ Rusiya rekordları kitabının baş redaktoru Aleksey Svistunov rekordları saymadığını bildirib. Onun dediyinə görə, ölkədə bu çeçen uşaqlardan da yaxşı nəticələr göstərənlər olub. Svistunov Şimali Osetiyadan 9 yaşlı Paşa Hüseynovun 2004-cü ildə 9263 “jim” etdiyini deyir.

Son xəbərlər
Bütün xəbərlər »