Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi” həlledici matçına çıxır - Start heyətlər

Ölkəmizi Avropa Liqasında təmsil edən “Neftçi” III təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bakılılar İsraildə “Bney Yehuda”nın qonağı olacaq.

Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi” "Bney Yehuda” səddini keçəcəyi halda, pley-off-da "Malmö” (İsveç) – "Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda İsveç təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

16 avqust

Avropa Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunu

21:00. "Bney Yehuda" (İsrail) - "Neftçi"

Hakimlər: Daniele Doveri, Alessandro Kostantso, Alessio Tolfo, Fabritsio Paskua

İlk oyun - 2:2

"Bney Yehuda": 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi

Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon

"Neftçi": 1. Səlahət Ağayev, 25. Kiril Petrov, 3.Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 93. Soni Mustivar, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 28. Stiven Monroz, 10. Dario Federiko, 19. Rauf Əliyev

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov,

Son xəbərlər
Bütün xəbərlər »