Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyadakı qul uşaqların sayı açıqlandı: Hər 10 uşaqdan 1-i qul həyatı yaşayır

Dünyada qul uşaqların sayı 152 milyon nəfərə çatıb. Bu haqda BMT-nin müasir quldarlıq formaları üzrə xüsusi məruzəçisi Urmila Bhoola məlumat verib.

Bizimyol.info xəbər verir ki, qul kimi işlədilən uşaqlardan 66 milyonu qızdır. Qul uşaqların təxminən yarısı 11 yaşından kiçikdir.

Ümumiyyətlə, dünyada hər 10 uşaqdan 1-i qul həyatı yaşayır. Az inkişaf etmiş ölkələrdə vəziyyət daha pisdir: hər 4 uşaqdan 1-i belə taleyə məhkum olub.

Hesabatda uşaq əməyindən istifadə nəzərə alınmayıb. Buna baxmayaraq, narkotik ticarətində uşaqlardan istifadə olunması və erkən nikaha məcbur edilmə statistikada əksini tapıb.

Xüsusi məruzəçi deyir ki, erkən nikahlar da əksər epizodlarda qul həyatını gətirir. Çünki təsərrüfatda iradənin əleyhinə olaraq əməyindən istifadə edirlər.

Dünyada 5,7 milyon uşaq həddi-buluğa çatmamış ailə həyatı qurmağa məcbur edilib. Bu statistikada birinci yeri Asiya-Sakit okean bölgəsi tutur. İkinci pillədə Afrika qərarlaşıb. Amma ümumilikdə ən çox Afrikada uşaqlar qul həyatı yaşayır.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »