Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oliqarxların yay tətili

“Forbes” jurnalının rus versiyası rusiyalı oliqarx-milyarderlərin yaxtalarının hərəkət marşrutunu izləyərək onların yay tətilini harada keçirdiklərini təxmin etməyə çalışıb.

Virtualaz.org xəbər verir ki, jurnal bu məqsədlə gəmilərin yerdəyişməsini izləyən Vesselfinder.com və Marinetraffic.com saytlarının məlumatlarından yararlanıb.

Beləliklə, məlum olub ki, milyarder Roman Abramoviçin “Eclipse” adlı yaxtası yayın əvvəllərində Fransanın La Syota limanına, iyun ayında Marselə və iyulda Antibə yan alıb. Digər rusiyalı milyarder Əlişir Usmanovun “Dilbar” adlı yaxtası isə yazın sonlarında Fransanın Lacivərdi sahillərindən İtaliyanın Sardiniya adaları istiqamətində üzüb. İyun ayında yaxta Olbiya və Porto Çevo limanlarında olub, iyul ayında Sardiniyanın Olbiyu şəhəri sahillərində yan alıb.

“Maqnitoqorsk metallurgiya kompleksi”nin sahibi Viktor Raşnikova məxsus olan “Ocean Victory” yaxtası isə İtaliyanın Triest limanında və iki dəfə Montenegronun Bar şəhəri sahillərində görünüb.

Azərbaycanlı neft maqnatı Vahid Ələkbərovun “Galactica Super Nova” adlı yaxtası isə iyunun sonunda bir gün Montenegronun Tivata limanında olub və oradan Dubrovnikə istiqamət aıb, daha sonra geri qayıdıb. Arkadi Rotenbergin “Rahil” adlı yaxtası isə yazda Türkiyənin Tuzla limanında görünüb, oradan Soçi sahillərinə istiqamət alıb.

Son xəbərlər
Bütün xəbərlər »